Menu

Hacıqabulda avtomobilin vurduğu piyada xəstəxanada ölüb

24.09.2017, 19:17
Hacıqabulda avtomobilin vurduğu piyada xəstəxanada ölüb

Hacıqabulda avtomobilin vurduğu piyada xəstəxanada ölüb.Hacıqabulda avtomobilin yolu keçərkən vurduğu piyada xəstəxanada ölüb.APA-nın Mil-Muğan bürosunun məlumatına görə, sentyabrın 23-də Bakı-Qazax magistralının 94-cü kilometrliyində Hacıqabul rayonunun Nəvahi kəndi ərazisində “Mercedes” markalı avtomobil yolu keçən Nəvahi kənd sakini, 1973-cü il təvəllüdlü Xanəliyev Bünyat Musa oğlunu vuraraq ağır yaralayıb.

Yaralı kəllə-beyin travması və sınıq xəsarətləri ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Lakin həkimlər B. Xanəliyevin həyatını xilas edə bilməyiblər.

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol