Menu

Zaqatalada meşədə baş verən yanğın lokallaşdırılıb

24.09.2017, 22:05
Zaqatalada meşədə baş verən yanğın lokallaşdırılıb

Sentyabrın 24-də axşam saat 18-10 radələrində Zaqatala Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Tala meşəbəyliyinin 3 saylı dolayının yüksək dağlıq ərazisində baş verən yanğın Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşlarının ciddi səyləri nəticəsində artıq lokallaşdırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanğın yüksək dağlıq ərazidə baş verdiyindən yanğınsöndürən maşınların həmin sahəyə qalxması mümkün olmayıb. Yanğının söndürülməsində yalnız əl əməyindən istifadə edilib. Yanğın nəticəsində quru ot örtüyü və kol-kos yanıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində operativ tədbirlər görülür.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol