Menu

Azərbaycana 400 mln. dollarlıq kreditin ayrılması müzakirə olunacaq

25.09.2017, 12:48
Azərbaycana 400 mln. dollarlıq kreditin ayrılması müzakirə olunacaq

Asiya İnkişaf Bankının (Asian Development Bank, ADB) rəhbərliyi oktyabrın 2-də keçirəcəyi görüşdə Azərbaycanın dəmir yollarının inkişafı üçün ayrılacaq 400 mln. məbləğində kreditin təsdiqlənmə müddətini müzakirə edəcəklər.

"APA-Economics" bankın saytında yer alan məlumata istinadən xəbər verir ki, avqustun 28-dən sentyabrın 7-dək ADB-nin missiyası Azərbaycana səfər edib və layihənin qiymətləndirməsini aparıb.

Bundan öncə xəbər verildiyi kimi, kredit "Azərbaycan Dəmir Yolları" QSC-nin idarəetmə sisteminin gücləndirilməsinə, maliyyə effektivliyinin yüksəldilməsinə, yeni korporativ strukturun yaradılmasına yönəldiləcək. Bundan başqa, maliyyə vəsaiti hesabına Bakıdan Rusiya sərhədinədək dəmir yolu infrastrukturunun modernləşdirilməsi nəzərdə tutulub.

Azərbaycan 1999-cu ildən ADB-nin üzvüdür. Əməkdaşlıq müddəti ərzində ADB Azərbaycana 4 mlrd. dollar ayırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol