Menu

"Akif Əlinin cəzalandırılması mənlik deyil” - Baş nazirin müavini

27.09.2017, 00:20
"Akif Əlinin cəzalandırılması mənlik deyil” - Baş nazirin müavini

“Akif Əlinin cəzalandırılmasına mən baxmıram. Bir də təkrar edirəm, ağlıma batmır ki, Akif belə bir söz danışsın”. APA-nın xəbərinə görə, bunu baş nazirin müavini Abid Şərifov deyib.

“Onun cəzalandırılması mənlik deyil, mən belə işlərlə məşğul olmuram”, - deyə baş nazirin müavini qeyd edib.

Qeyd edək ki, Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli ABŞ-da vəfat edən azərbaycanlı alim Lütfi Zadə haqda xoşagəlməz ifadə işlədib.

Bundan sonra mətbuatda onun cəzalandırılacağı ilə bağlı məlumatlar yayılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol