Menu

"Yaxt Klub"un nizamnamə kapitalı açıqlanıb

27.09.2017, 11:17
"Yaxt Klub"un nizamnamə kapitalı açıqlanıb

Vergilər Nazirliyi iyunun 23-də "Yaxt Klub" MMC-ni dövlət qeydiyyatına alıb.

"APA-Economics" "Vergilər" qəzetinin xüsusi buraxılışına istinadən xəbər verir ki, şirkətin nizamnamə kapitalı 3 mln. 269,667 min manatdır.

MMC-nin qanuni təmsilçisi Ələkbərov Yalçın Fərhad oğludur.

Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti ev 108-dir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol