Menu

Ceyhun Əli ATV-də rəhbər vəzifəyə gətirildi

27.09.2017, 20:25
Ceyhun Əli ATV-də rəhbər vəzifəyə gətirildi

“Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasında (ATV) yeni kadr dəyişikliyi baş verib.

“Qafqazinfo” xəbər verir ki, telekanalın aparıcısı Ceyhun Əli İctimai-Siyasi Xəbərlər Departamentinin rəhbəri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Xəbərlər Departamentinin keçmiş rəhbəri Vaqif Aydınoğlu ATV-nin vitse-prezidenti postuna gətirilib. O, telekanalın eks-rəhbəri Vüqar Qaradağlının qaynı Rauf Dadaşovun səlahiyyətlərini icra edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol