Menu

Türkiyədə ev alan Azərbaycan vətəndaşları artır

03.10.2017, 16:37
Türkiyədə ev alan Azərbaycan vətəndaşları artır

Bu ilin yanvar-avqust aylarında Azərbaycan vətəndaşları Türkiyədə 439 mənzil alıb.

Bu barədə Türkiyə Statistika İdarəsi məlumat yayıb.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,6% və yaxud 11 ədəd çoxdur.

Azərbaycanlılar aldıqları mənzillərin sayına görə İraq (2 255 mənzil), Səudiyyə Ərəbistanı (1 963 mənzil), Küveyt (1 075 mənzil), Rusiya (813 mənzil), Əfqanıstan (676 mənzil) və Böyük Britaniya (477 mənzil) vətəndaşlarından sonra 7-ci yerdə qərarlaşıb.

439 mənzildən 54-ü yanvarda, 55-i fevralda, 50-si martda, 65-i apreldə, 63-ü mayda, 46-sı iyunda, 61-i iyulda, 45-i isə avqustda alınıb. /"Report"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol