«AzProlitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Kembric universitetinin planetoloqları müəyyən ediblər ki, Yer planeti hər il 50 min ton «arıqlayır».
Bu zaman Yerin peyki - Ay hər il öz çəkisini təxminən, 6 min ton artırır. Aparılmış tədqiqatların nətiəcləri göstərir ki, bu təzahürün səbəbi planetin öz nüvəsinin kütləsini müntəzəm olaraq itirməsidir.
Alimlərin məlumatına örə, Yer insanın həyat fəaliyyətinin tullantıları və kosmik zibilin sayəsində əlavə çəki alır. Bununla bərabər, yerin dərinliklərinin işlənməsi və qazların təbii buxarlanması kütlənin itririlməsinə gətirib çıxarır. Bu da praktiki olaraq, həmin göstəriciləri tarazlaşdırır.
Ay isə öz kütləsini müntəzəm olaraq hər il 6 min ton artırır. Mütəxəssislərin fikrincə bu, onunla izah olunur ki, Ayın atmosferi yoxdur və o, daha çox kosmik zibili özünə çəkir.


Şərhlər