Menu

Səudiyyə kralı İraqın ərazi bütövlüyünü müdafiə etdi

06.10.2017, 00:50

kral salman«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanının (SƏ) kralı Salman bin Əbdül-Əziz əl-Səud Rusiya Federasiyasının (RF) Prezidenti Vladimir Putinlə danışıqlar zamanı İraqın vahidliyi və ərazi bütövlüyünün saxlanmasının əhəmiyyətini qeyd edib.

«Biz, həm də İraqın vahidliyi və ərazi bütövlüyünün saxlanmasının əhəmiyyətini qeyd edirik» - deyə, Səudiyyə kralı bəyan edib.

Xatırladaq ki, İraq Kürdüstanının müstəqilliyi barədə referendum sentyabrın 25-də keçirilib. İraq hakimiyyəti referendumu qeyri-legitim elan edib və bildirib ki, muxtariyyətin regional hökuməti ilə danışıqlar aparmayacaq.

Qonşu ölkələr - Türkiyə və İran, enyi zamanda Amerika Birləşmiş Ştatları (ABŞ) və Birləşmiş Millətlər Təşkilatı (BMT) İraq Kürdüstanında müstəqillik referendumunun keçirilməsinə qarşı çıxıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol