Menu

AŞPA prezidenti vəzifəsini müvəqqəti icra edəcək şəxsin adı açıqlanıb

06.10.2017, 18:02
AŞPA prezidenti vəzifəsini müvəqqəti icra edəcək şəxsin adı açıqlanıb

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Pedro Aqramuntun istefası ilə əlaqədar təşkilata rəhbərlik müvəqqəti olaraq vitse-prezidentə tapşırılıb.

"Report" AŞPA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, vitse-prezident Rocer Geyl Assambleyanın növbəti plenar iclasında yeni prezident seçilənə qədər bu vəzifəni müvəqqəti icra edəcək.

Xatırladaq ki, P.Aqramunt bu gün sağlamlığı ilə əlaqədar AŞPA-nın prezidenti vəzifəsindən istefa verib.

Beləliklə, oktyabrın 9-da AŞPA-nın növbəti plenar sessiyasında onun vəzifədən kənarlaşdırılması ilə bağlı planlaşdırılan müzakirələrə ehtiyac qalmayıb.

Qeyd edək ki, AŞPA-nın növbəti payız sessiyası oktyabr 9-dan 13-dək Strasburqda keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol