Menu

Çavuşoğlu Bakıya gəlir

26.06.2014, 21:02
Çavuşoğlu Bakıya gəlir

Türkiyənin Avropa İttifaqı işləri üzrə naziri Mövlud Çavuşoğlu Bakıya səfər edəcək.

“Qafqazinfo” xəbər verir ki, türkiyəli nazirin səfərində məqsəd ATƏT-in Parlament Assambleyasının illik yay sessiyasında iştirak etməkdir.

ATƏT PA-nın illik yay sessiyası iyunun 28-dən iyulun 2-nə kimi keçiriləcək.

Qeyd edək ki, iclas Azərbaycan tərəfinin təşəbbüsü ilə Bakıda təşkil olunacaq. Belə ki, iki il öncə Azərbaycan tərəfi 2014-cü ildə ATƏT PA-nın yaz sessiyasının Bakıda keçirilməsi ilə bağlı müraciət edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol