«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, büdcə məsələləri üzrə Avropa komissarı Günter Ettinger İspaniyanın Kataloniya bölgəsində vətəndaş müharibəsinin mümkünlüyü barədə xəbərdarlıq edib.
«Vəziyyət həddindən artıq təhlükəlidir. Avropanın lap ürəyində vətəndaş müharibəsi yetişir» - deyə, «The Telegraph» avrokomissardan sitat gətirir.
Avropalı məmur hesab edir ki, qan axıdılmasının qrşısını yalnız tezliklə Madrid və Barselona arasında danışıqlara başlamaqla almaq olar.
Ettingerin sözlərinə görə, əgər rəsmi dəvət alarsa, Avropa İttifaqı bu dialoqda vasitəçi ola bilər.
Xartırladırıq ki, 20-ci əsrdə artıq İspaniya vətəndaş mühribəsini yaşayıb. Dörd il ərzində (1936-1939 illər) bu ölkədə 450 min insan və ya əhalinin müharibəyə qədərki sayının 5,0 faizi (350 min nəfər respublika tərəfdarı və 130 min nəfər millətçi) həlak olub.


Şərhlər