Menu

Kürd lider prezidentliyə namizədliyini açıqladı

27.06.2014, 08:42
Kürd lider prezidentliyə namizədliyini açıqladı

Türkiyədə PKK terror təşkilatının siyasi qolu Xalqın Demokratiya Partiyasının (HDP) kürd əslli həmsədri Səlahəddin Demirtaş avqustda ölkədə keçiriləcək prezident seçkisində namizəd olacağını deyib.

Bu barədə “Habertürk” telekanalının canlı efirində danışan Demirtaş Milliyətçi Hərəkat Partiyası (MHP) üzvlərindən də dəstək gözlədiyini deyib.

Bu həftə sonu rəsmi olaraq namizədliyini açıqlayacağını deyən kürd lider aparıcının Türkiyə bayrağı barədə verdiyi suallara da cavab verib.

Demirtaş müxtəlif yerlərdə baş vermiş bayraq endirmə hadisələri ilə heç bir əlaqələrinin olmadığını deyib və bunların taxribat olduğunu iddia edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol