Menu

İqtisadiyyat üzrə "Nobel"in sahibi məlum oldu

09.10.2017, 14:15
İqtisadiyyat üzrə "Nobel"in sahibi məlum oldu

2017-ci il iqtisadiyyat üzrə Nobel mükafatının sahibi açıqlanıb. APA-nın məlumatına görə, İsveç Kral Akademiyasının Nobel Komitəsinin qərarı ilə mükafata ABŞ-ın Çikaqo Universitetinin alimi Riçard Taler layiq görülüb.

1901-ci ildən təqdim olunan iqtisadiyyat üzrə Nobel mükafatı ötən il ABŞ-ın Harvard Universitetinin professoru Oliver Harta və Massaçusets Ttexnoloji İnstitutunun professoru Benqt Holmstremə verilmişdi.

Nobel mükafatlarının təqdimatı mərasimi ənənəvi olaraq dekabrın 10-da Stokholmda keçiriləcək. Hər mükafatın məbləği 1 milyon dollardır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol