Menu

«Trampın fəaliyyəti üçüncü dünya müharibəsi ilə hədələyir» - Amerikalı senator

10.10.2017, 11:39
«Trampın fəaliyyəti üçüncü dünya müharibəsi ilə hədələyir» - Amerikalı senator

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Ameika Birləşmiş Ştatlarının (ABŞ) nüfuzlu senatoru Bob Korker (Tennessi ştatı, respublikaçı) hesab edir ki, Donald Trampın ABŞ Prezidenti postunda göstərdiyi fəaliyyət «üçüncü dünya müharibəsi»nə gətirib çıxara bilər.

ABŞ Konqresi senatının xarici işlər komitəsinə başçılıq edən senator bu barədə bazar günü «Nyu-York Tayms» qəzetinə verdiyi musahibədə bəyan edib.

Korkerin sözlərinə görə, Tramp özünün dövlət başçısı vəzifələrinə elə yanaşır ki, sanki bu «realiti-şoudur». Qəzetin yazdığına görə, senator müsahibədə bəyan edib ki, prezidentin digər dövlətlərə yönəlik ağılsız davranışı ABŞ-ı «üçüncü dünya müharibəsi yoluna» yönəldə bilər.

«O, məni narahat edir. O, bizim ölkəmizin təəssübünü çəkən hər kəsi narahat etməlidir» - deyə, senator bildirib.

Konkret nümunələr göstərmədən, Korker təsdiqləyib ki, Tramp «tvitter»dəki yazıları ilə beynəlxaq səhnədə ABŞ-ın diplomatik cəhdlərinə dəfələrlə ziyan vurub.

«Mən bilirəm ki, «tvitter»də yazılar dərc etməklə o, həmin dövrdə aparılan danışıqlar üzrə bizə (Birləşmiş Ştatlara - red.) bir neçə dəfə ziyan vurub» - deyə, «Nyu-York Tayms» senetordan sitat gətirir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol