«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanı (SƏ) 2017-ci ildə neft ixracını rekord həddə qədar azaltmaq niyyətində olduğunu elan edib. Ölkənin energetika, sənaye və mineral ehtiyatlar nazirliyinə istinadla, bu barədə xəbəri «Bloomberq» agentliyi yayıb.
Nazirlik əməkdaşının sözlərinə görə, SƏ Dövlət neft şirkəti (Saudi Aramco) noyabrda neft ixracını gündəlik 560 min barrel azaldaraq, 7,15 milyon barelə endirmək niyyətindədir. Bu zaman müştərilərin şirkətə cari sifarişləri sutkada 7,7 milyon bareli adlayır.
İdarənin mətbuat xidməti bildirib ki, Saudi Aramco öz tarixində ilk dəfə olaraq, noyabrda «neft ixracı üzrə ən nəhəng ixtisarını» həyata keçirəcək.
Xatırladaq ki, 30 noyabr 2017-ci ildə OPEK ölkələri uzun illərdən bəri ilk dəfə olaraq, özlərinin neft hasilatını sutkada 1,2 milyon barrel azaldaraq, 32,5 milyon barelə endirmək barədə qərar çıxarıblar. Bir qədər sonra - elə həmin il dekabrın 10-da kartelə daxil olmayan ölkələr də öz hasilat həcmlərini toplam olaraq, sutkada 558 min barel azaltmaq razılığına gəliblər.
İxtisar 2017 ilin yanvarından başlanıb və sonradan müddəti 2018-ci il martın axırına qədər uzadılıb.


Şərhlər