Menu

DİN polis əməkdaşları üçün bina tikir - ŞƏRTLƏR

11.10.2017, 12:35
DİN polis əməkdaşları üçün bina tikir - ŞƏRTLƏR

Daxili İşlər Nazirliyinin (DİN) Maddi-Texniki Təminat Baş İdarəsi polislər üçün kooperativ yolu ilə tikilən binada mənzilləri satışa çıxarıb.

DİN-dən verilən məlumata görə, paytaxtın Nərimanov rayonunun 2036-cı məhəlləsində (Ziya Bünyadov prospektində, “Koroğlu” metrostansiyasının yaxınlığında) kooperativ yolu ilə tikilən 13 mərtəbəli yaşayış binasında 1, 2, 3 və 4 otaqlı mənzillərin 1 kvadratmetri heç bir faiz tutulmadan 900 manatadır.

Bir il müddətinə ilkin ödəniş 50 faiz olmaqla, mənzillərin dəyəri tikintinin sonuna qədər hissə-hissə ödənilməlidir.

Mənzillərin sahələri:

1 otaqlı – 70.63, 72.93 kvm.

2 otaqlı – 88.17, 89.21 kvm.

3 otaqlı – 152.72 kvm.

4 otaqlı – 177.18 kvm.

Həmin binada mənzil almaq istəyən əməkdaşlar DİN-in Maddi-Texniki Təminat Baş İdarəsinin Əsaslı Tikinti İdarəsinə (tel: (012) 408-81-25) müraciət edə bilərlər.

Qeyd edək ki, həmin bina daxili işlər orqanları əməkdaşlarının mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə inşa olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol