Menu

Məzahir Pənahov Gürcüstanda seçkiləri müşahidə edəcək

13.10.2017, 14:09
Məzahir Pənahov Gürcüstanda seçkiləri müşahidə edəcək

Azərbaycanın Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Gürcüstana səfər edəcək.

Gürcüstan Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Ana Mikeladze APA-nın yerli bürosuna bildirib ki, Azərbaycan MSK-nın müşahidəçiləri artıq qeydiyyata alınıb. M. Pənahovun başçılıq etdiyi nümayəndə heyəti Gürcüstanda oktyabrın 21-də keçiriləcək yerli idarəetmə orqanlarına seçkiləri müşahidə edəcək.

Qeyd edək ki, seçkilərdə Gürcüstan vətəndaşları Tbilisi meri, 11 şəhər və rayonun başçılarını seçəcəklər. Paralel olaraq yerli idarəetmə orqanlarının məşvərətçi orqanları olan sakrebulolara da seçkilər keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol