Menu

ABŞ səfirliyinə məxsus avtomobil Bakıda qəza törədib

14.10.2017, 18:10
ABŞ səfirliyinə məxsus avtomobil Bakıda qəza törədib

ABŞ səfirliyinə məxsus avtomobil Bakıda qəza törədib.APA-nın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində, Azadlıq prospekti 60 ünvanında qeydə alınıb. ABŞ-ın Bakıdakı səfirliyinə məxsus “Honda” markalı, 006 D 047 dövlət qeydiyyat nişanlı avtomobil yol kənarında duran “Toyota Prado” markalı maşına çırpılıb. Qəza nəticəsində xəsarət alan olmayıb, hər iki avtomobilə yüngül ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol