«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili bəyan edib ki, «Zakarpat» vilayətində Ukrayna dövləti yoxdur.
Ukraynanın «News One» telekanalının efirindən çıxış edən Saakaşvili qeyd edib ki, burada söhbət Macarıstanın siyasətindən yox, Ukraynanın siyasətinin olmamasından gedir. «Zakarpat»da Macarıstan bayraqları, macar təhsili, özəl biznesin macar maliyyələşdirməsi hakimdir.
Bu ərəfədə isə Ukraynanın Budapeştdəki səfirliyi qarşısında aksiya keçirilib. Aksiyanın təşkilatçıları bəyan ediblər ki, onlar «Zakarpat» vilayətinin öz müqəddəratını müstəqil həll etmək hüququnu dəstəkləyirlər.
Göründüyü kimi, «demokratik» Avropanın gözləri qarşısında Ukrayna «əldən gedir...».


Şərhlər