Menu

ABŞ Ankaraya nümayəndə heyəti göndərdi

16.10.2017, 21:12

abs-ag-ev-300x194Türkiyə ilə ABŞ arasında yaranan gərginliklə bağlı tərəflər arasında yüksək səviyyədə görüş keçiriləcək.APA-nın verdiyi xəbərə görə, ABŞ dövlət katibinin müavini Conatan Kohenin rəhbərlik etdiyi nümayəndə heyəti Ankaraya gedib. C. Kohen səfərdən əvvəl viza problemi ilə bağlı suala "bu problemi mən həll etmirəm", - deyib.

ABŞ nümayəndə heyəti Türkiyə XİN aparatının rəhbəri Əhməd Muxtar Günün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirəcək.

Qeyd edək ki, ABŞ Türkiyə vətəndaşlarına viza verilməsini dayandırıb. Buna ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı, Türkiyə vətəndaşı Mətin Topuzun həbsi səbəb olub. M. Topuz FETÖ terror təşkilatı ilə əlbir olmaqda təqsirli bilinərək saxlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol