Menu

Azərbaycan Avstraliyada əmlak alır

18.10.2017, 12:33
Azərbaycan Avstraliyada əmlak alır

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Avstraliyada daşınmaz əmlak almağa hazırlaşır.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakıda keçirilən Azərbaycan-Avstraliya biznes-forumuna qatılmış Avstraliya nümayəndə heyətinin rəhbəri, ölkələrarası Dostluq Assosiasiyasının prezidenti Con Hammond (Jon Hammond) deyib.

"Avstraliya sabit ölkədir və bura Azərbaycan kapitalının yatırılması məqsədəuyğundur. Biz bunu alqışlayırıq", - o qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol