Menu

Putin neftin qiymətinin 50 dollar olmasının ədalətli adlandırıb

20.10.2017, 09:06
Putin neftin qiymətinin 50 dollar olmasının ədalətli adlandırıb

Neftin bir barelinin qiymətinin 50 dollar olması ədalətlidir və Rusiyanı qane edir. APA-nın xəbərinə görə, bunu Rusiya prezidenti Vladimir Putin “Valday” diskussiya klubunun toplantısında çıxışı zamanı bildirib.

“Biz enerjidaşıyıcı bazarlarında mövqeyimizi OPEK ölkələri ilə, xüsusən də Səudiyyə Ərəbistanı ilə əlaqələndirmişik və qiymət 50 dollardan yuxarı olmaqla, stabil saxlanılır . Biz hesab edirik ki, bu ədalətli qiymətdir, bu bizi tamamilə qane edir”, - deyə V.Putin qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol