Menu

Barselonada yenidən aksiyalar başladı

21.10.2017, 21:58
Barselonada yenidən aksiyalar başladı

Barselonada yenidən aksiyalar başlayıb.

Modern.az xəbər verir ki, Kataloniyanın müstəqilliyinə dəstək yürüşünün iştirakçıları muxtariyyətin məhdudlaşdırılması və Kataloniya hökumətinin buraxılmasına etiraz edirlər.

Yürüşdə Kataloniya Baş naziri Karlos Puçdemon, Kataloniya hökumətinin bütün üzvləri, Barselona meri və şəhər administrasiyalarının rəhbərləri iştirak edirlər. Etirazçılar aksiyada müstəqillik, demokratiya kimi şüarlar səsləndirirlər.

Qeyd edək ki, İspaniya hökuməti Kataloniya hökumətinin buraxılması haqqında qərar qəbul edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol