Menu

ÜST qərarını ləğv etdi! - Müqabənin «iş»i alınmadı...

22.10.2017, 20:17

muqabe

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Zimbabvenin prezidenti Robert Müqabənin «xoş məramlı səfir» təyin olunması barədə vermiş olduğu qərarını ləğv edib.

Xatırladaq ki, bundan əvvəl Müqabənin bu vəzifəyə təyinatı hüquq müdafiəçiləinin etirazına səbəb olmuşdu. Onlar bəyan etmişdilər ki, Müqabənin idarəçiliyi dövründə Zimbabvenin səhiyyə sistemi tamamilə dağılıb, Prezidentin özü isə xarici ölkələrdə müalicə alır.

ÜST-n başçısı Tedros Qebreyesus bəyan edib ki, hamını diqqətlə dinləyib, Zimbabve hökuməti ilə məsləhətləşmələr aparıb və qərara alınıb ki, təşkilatın maraqlarından çıxış edilsin.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol