Menu

İstirahət günləri yol qəzalarında 5 nəfər ölüb, 15 nəfər xəsarət alıb

23.10.2017, 11:25
İstirahət günləri yol qəzalarında 5 nəfər ölüb, 15 nəfər xəsarət alıb

İstirahət günləri respublika ərazisində baş verən yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb. Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, şənbə-bazar günləri respublikanın avtomobil yollarında 18 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Nəticədə 5 nəfər ölüb, 15 nəfər xəsarət alıb.

Ölümlə nəticələnən yol qəzalarından 5-i piyadaların vurulması ilə bağlıdır. Həmin qəzalarda 4 piyada həyatını itirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol