«AzPolitika.info»-nun xarii KİV-ə istinadla verdiyi xəbərə görə, Hindistan Rusiyanın hərbi texnologiyalarını «geri qalmış» adlandırıb və bununla əlaqədar 5-ci nəsil qırıcı təyyarələrin birgə istehsalından imtina edilməsini mümkün sayıb.
Rusiyanın Su-57 təyyarəsinin bazasında yaradılmış təyyarə yetərli «qapalılıq» səviyyəsinə malik deyil və mühərrikin modulluq konsepsiyasını nəzərdə tutmur. Bu da qırıcının texniki xidmət qiymətlərinin bahalaşmasına gətirib çıxarır. Bu barədə Hindistan hərbi-hava qüvvələrinin (HHQ) hesabatında qeyd edilir.
Belə qurğu Amerika Birləşmiş Ştatlarının (ABŞ) F-35 qırıcıları ilə rəqabət apara bilmir. Bu səbəbdən dolayı, Hindistan hərbçiləri Rusiya ilə birgə «Ef-ci-ef-ey» proqramından çıxmağı hökumətə təklif ediblər.
Şəbəkə hərbi xəbərləri xatırladır ki, bu, artıq proqramın Hindistan tərəfindən ilk tənqidi deyil - 3 il əvvəl Dehli turboreaktiv mühərrikdən, göyərtə radiolokaya stansiyasından və s. narazılığını ifadə etmişdi.
Proqram FGFA 10 il bundan əvvəl start götürüb. İki ölkə 5-ci nəsil qırıcı təyyarə yaratmaq barədə razılığa gəlib. İlkin mərhələdə təyyarənin dizaynı hazırlanıb, amma bundan sonra tərəflər arasında yaşanan fikir ayrılıqları səbəbilə, layihə irəli getməyib.
Proqramın büdcəsi 10 milyard dollar məbləğində dəyərləndirilir.

Şərhlər