Menu

Moskvada Eldar Ryazanov küçəsi olacaq

24.10.2017, 18:23
Moskvada Eldar Ryazanov küçəsi olacaq

«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, görkəmli kinorejissor, senarist, şair və dramaturq Eldar Ryazanovun xatirəsini əbədiləşdirmək üçün Moskva şəhərindəki küçələrdən birinə onun adı veriləcək. Bu barədə Moskva merinin müavini Leonid Peçatnikov paytaxt hökumətinin ali şurasının iclasında bəyan edib («Rosbalt»).

Məmurun sözlərinə görə, hələ ölümündən 10 il keçməsə də, dahi kinorejissorun xatirəsinin əbədiləşdirilməsi xahişi ilə Rusiya Federasiyası Prezidentinin ünvanına çoxsaylı məktublar gəlir.

Bu gün meriyadakı iclasda qərara alınıb ki, layihələşdirilən və Obruçev küçəsi ilə Novatorlar küçəsini birləşdirən 6021№-li keçid küçəyə Eldar Ryazanovun adı verilsin.

Peçatnikovun bildirdiyinə görə, bu keçidin yaxınlığında ««Eldar» Kinoklub-muzey»i yerləşir. Kinoklub-muzeyin əsasını Eldar Ryazanov qoyub və onun bədii rəhbəri olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol