Menu

Tatarstan Prezidenti məktəblərdə tatar dilinin müdafiəsinə qalxdı

27.10.2017, 09:59
Tatarstan Prezidenti məktəblərdə tatar dilinin müdafiəsinə qalxdı

«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, Tatarstan Prezidenti Rustam Minnixanov məktəblərdə tatar dilinin müdafiəsinə qalxıb.

O, prokurorluğa təhsil müəssisələri rəhbərlərini «terror»a məruz qoymamağı təklif edib. Tatarstan lideri ehtiyat edir ki, bu münaqişədən «müxalifət strukturları» istifadə edər və vəziyyət martda keçiriləcək prezident seçkilərinə mənfi təsir göstərə bilər («Kommersant»).

Dil münaqişəsi Prezident Vladimir Putinin tapşırığı əsasında, milli dillərin tədris müəssisələrində tədrisinin könüllülüyünün yoxlanmasına başlanandan sonra meydana gəlib. Minnixanov hesab edir ki, Kazan bu məsələdə federal mərkəzlə «ümumi həll nöqtələri»ni tapacaq.

O, həm də respublika Dövlət Şurasının deputatlarını məsələ ətrafında vəziyyəti gərginləşdirməməyə çağırıb.

Görünür ki, Kreml yenə də adəti üzrə, Rusiyanın federasiya subyektlərində milli dilləri sıxışdırmaq istiqamətində dolayı üsullardan istifadə etməyə girişib. Məlum olduğu kimi, dil varsa - millət də var, dil yoxdursa - millət də yoxdur.

Bu yaxınlarda Rusiya siyasətçilərindən biri açıqca söyləmişdi: «Rusiyanın çoxlu sayda Kataloniyası var...». Bu baxımdan, söyləmək olar ki, Putin artıq ölkə daxilində «yeni profilaktika»ya start verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol