Menu

«Əsədin Suriyada siyasi gələcəyi yoxdur» - Tillerson

27.10.2017, 20:38
«Əsədin Suriyada siyasi gələcəyi yoxdur» - Tillerson

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Reks Tillerson hesab edir ki, Suriyanın indiki Prezidenti Bəşər Əsəd və onun ailəsi ölkəni idarə etməməlidir.

«ABŞ Bəşər Əsədin daxil olmadığı hökumətlə, vahid Suriya görmək istəyir... Əsədlərin idarəçiliyi sona çatır. Bircə məsələ qalır - bunu necə həyata keçirməli?» - deyə, «Röyter» agentliyi Tillersondan sitat gətirir.

Tillerson onu da qeyd edib ki, terrorçuluqla mübarizədə əldə etdiyi qələbəyə görə, Əsəd «Rusiya aviasiyasının dəstəyinə borcludur».

Bundan əvvəl ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Nikki Heyli bəyan etmişdi ki, Vaşinqton Suriyada sülhə və sabitliyə nail olmaq istəyir, amma bu, Əsədin hakimiyyəti dövründə mümkün deyil.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol