Menu

Narışkin Azərbaycana azərbaycanca təşəkkür etdi

28.06.2014, 16:46
Narışkin Azərbaycana azərbaycanca təşəkkür etdi

"Ukraynanın şərqindəkilərə görə Avropa Şurası məsuliyyət daşıyır"

Rusiya Dövlət Dumasının sədri Serqey Narışkin ATƏT PA-nın Bakıda keçirlən sessiyasında çıxış edib. O, əvvəlcə konfransı Bakıda təşkil etdiyinə görə, Azərbaycana azərbaycan dilində təşəkkür edib: “Azərbaycana ənəvəvi qonaqpərvərliyinə görə təşəkkür edirəm. Çox sağ olun. ATƏT Ukrayna məsləsində üzərinə düşən öhdəlikləri yerinə yertirərək səmimi diaoloqla Ukrayanda vətəndaş barışının yaranmasına səbəb olacaq. Əsassız olaraq Rusiyanın üstünə bütün bəlaları yıxmaqla münaqişənin sülh yollu həll etmək olmaz. Avropa Şurası başa düşməlidir ki, Ukraynanın şərqində baş verən hadisələrə görə onlar məsuliyyət daşıyırlar".

O, bildirib ki, Ukrayna ərazindəki Rusiya qoşunlarının geri çəkilməklə ölkəsi sülh yaratdığını bir daha göstərib. "Ukrayna prezidenti Poroşenkoya və xalqa kömək etməliyik ki, bu vəziyyətdən tez bir zamanda çıxa bilsinlər. Kiyev Maydanına insanlar silahlarla deyil, demokratik şüarlarla çıxdılar. Amma onları mərmilər, silahlar gözləyirdi. Niyə Ukrayna xalqı bunalra məruz qalır. İnsanları həmin şüarlara görə öldürmürlər. Bəs bunun səbəbi nədir? Ötən həftə Ukraynada iki rus əsgəri sifarişlə öldürülüb. Hazırda Rusiyada Ukraynanın şərqindən gələn 400 min qaçqın var".

Narışkin Ukraynanın şərqində, Odessadakı hadiələr zamanı rusların xalqı qorumağa çalışdığını deyib. Onun sözlərinə görə, Ukrayna parlamentində millətçi partiyalar var.

O, Rusiyanın Ukraynadakı atəşkəsin real olmasını arzuladığını deyib. "Biz Ukrayna böhranı ilə əlaqədar olaraq xüsusi komissiyya yaratmaq istəyirik. Bu yolla Ukrayna böhrandan çıxa bilər. Biz bu yolla Ukraynanın zorakılıq dalğalarından qoruya bilərik. Dünaynın bütün yerlərindəki telefon danışıqlarını izləyənlər Ukraynadakı çevrilişə bəraət qazandırırdılar. Ukrayandakı insanların yandırılması intihar kimi qələmə alınırdı. Bu ölkədə Rusiya Səfirliyinə basqın dünyada öz ədalətli qiymətini almayıb. Bu Avropanın dünyadakı nüfuzunu azladır”. /anspress

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol