Menu

Həmsədrlər Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşəcəklər

30.10.2017, 14:21
Həmsədrlər Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşəcəklər

ATƏT-in Minsk qrupu həmsədrlərinin noyabr ayının ortalarında Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşü nəzərdə tutulur.

APA-nın məlumatına görə, bu barədə Azərbaycanın xarici işlər nazirləri Elmar Məmmədyarov bildirib.

O, görüşün dəqiq tarixinin və yerinin isə hələlik müəyyənləşmədiyini deyib.

E. Məmmədyarov qeyd edib ki, Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün keçirilib-keçirilməyəcəyi isə həmsədrlərlə görüşdən sonra məlum olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol