Menu

Yol kənarında yaralı vəziyyətdə tapılan qadın xəstəxanada ölüb

30.10.2017, 15:56
Yol kənarında yaralı vəziyyətdə tapılan qadın xəstəxanada ölüb

Tovuz rayonunda yol kənarında yaralı vəziyyətdə tapılan qadın yerləşdirildiyi xəstəxanada ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Azaflı kənd sakini, Elnarə Həsən qızı Həsənova yaralı vəziyyətdə yol kənarında aşkarlanıb. O, təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. Onun hansı şəraitdə ağır hala düşdüyü hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol