Menu

Trampa impiçment elan edilməsi barədə petisiya 1 mln. səs toplayıb

01.11.2017, 09:33
Trampa impiçment elan edilməsi barədə petisiya 1 mln. səs toplayıb

ABŞ prezidenti Donald Trampa impiçment elan edilməsi barədə petisiya 10 gün ərzində 1 milyondan çox səs toplayıb. APA-nın “Axios” nəşrinə istinadən verdiyi xəbərə görə, oktyabrın 20-də needtoimpeach.com saytında dərc olunmuş petisiyanın təşəbbüskarı tanınmış milyarder və siyasi fəal Tom Stayerdir.

“Donald Tramp bizi nüvə müharibəsinin astanasına gətirib çıxarıb. O ədalət məhkəməsinə daim əngəl yaradıb və başqa ölkələrin hökumətlərindən pul alıb. Biz bu cür təhlükəli prezident barəsində impiçment elan etməliyik”, - deyə petisiyada qeyd edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol