Bir müddət əvvəl işdə yol verdiyi nöqsanlara görə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindəki (DYPİ) şöbə rəisi vəzifəsindən kənarlaşdırılan polis mayoru Namiq Kərimov yenidən daxili işlər orqanlarına xidmətə qaytarılıb.
“Report”un məlumatına görə, o, DYPİ-nin Patrul Bölüyündə baş inspektor vəzifəsində xidmətə başlayıb.
N.Kərimov Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəisi Nuşirəvan Səfərovun bacısı oğludur.
"AzPolitika" xatırladır ki, 2014-cü ildə BŞDYPİ-də sərxoş sürücülərlə bağlı şöbəsinə rəhbərlik edən Namiq Kərimov sürücüdən 2500 manat rüşvət alarkən, öz kabinetində “Bandotdel”in əməkdaşları tərəfindən saxlanılmışdı. KİV-lərin məlumatına görə, həmin vaxt Nuşirəvan Səfərov bacısı oğlunu həbsdən xilas etməyə nail olsa da, vəzifəsində saxlaya bilməmişdi. N.Kərimov DYP-dən uzaqlaşdırılsa da, bir müddət sonra polis orqanlarında başqa bir işə düzəlmişdi. Görünür N.Səfərov baş verənlərin unudulduğunu düşündüyündən bacısı oğlunu yenidən DYP sisteminə qaytarıb. Heç şübhə yoxdur ki, qısa müddətdən sonra ona yüksək vəzifə də verəcək. Bəs necə? Bura Azərbaycan deyilmi?
Rasim ƏLİYEV

Şərhlər
Bir qayda olaraq rüşvət alma, rüşvət vermə faktlarının araşdırılması prokurorluğun səlahiyyətinə aid olan məsələdir. MCQMİ-nin əməkdaşları rüşvət epizodu ilə istər polis zabitini və istərsə də hər hansı vəzifəli şəxsi saxlayıb tədbir görürsə demək - prokurorluq orqanı yerində deyil. Buna görə prokurorluq orqanı özü cəzalandırılmalıdır.
azarbaycan koorupisya olkasidir...hec olmasa gurcustandan ibrat goturun asl demokratik ganunu dovlatdir.azarbaycani baxin kimlar edir istar milli maclisda istar dovlat nazirlari.....
. Bir ele serjant Hacqabilda da var. Iki defe rusvet alarken ,iki defe isden qovulub. Indi yene pulla tezeden ise DYP qabul olub. Bu deqiqe eli milletin cibindedi.
əşşi elə şey ola bilməzzz.....bizim polisi sal suya iç, ətəklərində namaz qıl. onlar məşuqə saxlamazlar, rüşvət nədir bilməzlər, vətəndaşla etik kodeks çərçivəsində münasibət qurarlar. Bir sözlə bizim polisin analoqu da yoxdur