Menu

Xaçmazda məktəb direktoru həbs olunub

02.11.2017, 23:26
Xaçmazda məktəb direktoru həbs olunub

Xaçmazda 12 yaşlı şagirdə qarşı əxlaqsız hərəkətlər etməkdə ittiham olunan məktəb direktoru barəsində həbs qəti imkan tədbiri seçilib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Gülməz Alxasov Xaçmaz rayon prokurorluğunun təqdimatı əsasında vəzifəsindən kənarlaşdırılmasına dair qərar qəbul edilməklə 3 aylıq həbs qəti imkan tədbiri seçilib.

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 153.3-cü (əxlaqsız hərəkətlər) maddəsi ilə cinayət işi başlanıb.

Gülməz Alxasov həmin iş üzrə təqsirləndirilən şəxs qismində saxlanılıb.

Qeyd edək ki, Xaçmaz rayonu, Arzu qəsəbə tam orta məktəbinin direktoru, 1955-ci il təvəllüdlü Gülməz Alxasovun məktəbin şagirdi, 12 yaşlı qıza qarşı əxlaqsızlıq etdiyi iddia olunur. G. Alxasov müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol