AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatlarında (ABŞ) Prezident Donald Trampın devrilməsi üçün aksiyalara hazırlaşırlar.
Qeyd olunur ki, hökumət əleyhinə ilk tədbir Havaylarda keçiriləcək. Artıq xəbər verildiyi kimi, Tramp bu gün arvadı Melaniyə ilə birlikdə Havaylara gəlib.
«Antifa» hərəkatının fəalları ABŞ-ın 20 şəhərində Prezident Donald Trampın siyasətinə qarşı mitinq keçirməyi planlaşdırır.
O da məlum olub ki, 1000 nəfərə yaxın adam Nyuk-Yorkda keçiriləcək kütləvi anti-hökumət nümayişində iştirak edəcək.


Şərhlər