Menu

"Xəzər Dəniz Gəmiçiliyi" cəmi 8333 manat vergi ödəyir -İfşa

30.06.2014, 00:15
"Xəzər Dəniz Gəmiçiliyi" cəmi 8333 manat vergi ödəyir -İfşa

Tanınmış iqtisadçı alim Qubad İbadoğlu özünün Facebook səhifəsində maraqlı bir status paylaşıb. Musavat.com həmin ifşa kimi statusu təqdim edir:"Tabeliyindəki Dəniz Nəqliyyat Donanması, Xəzər Dəniz Neft Donanması, "Bibiheybət" Gəmi Təmiri Zavodu, "Zığ" Gəmi Təmiri Zavodu, İstehsalat Xidmətləri İdarəsi və Sosial İnkişaf İdarəsi, eləcə də Türkiyə, Rusiya, Qazaxıstan, İran, Türkmənistan və Ukraynadakı nümayəndəliklərə və 383 milyon 420 min 621 manat nizamnamə kapitalına malik olan Azərbaycan "Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ötən il dövlət büdcəsinə cəmisi 100 min manat vergi ödəyib.

Bu, o deməkdir ki, şirkət hər ay dövlət büdcəsinə orta hesabla 8333 manat, təxminən 3-4 kiçik müəssisənin ödədiyi qədər vergi ödəyib, baxmayaraq ki, bu cəmiyyətin adı hələ də iri vergi ödəyicilərinin siyahısında gedir".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol