“Uşaqlı ailələrə verilən müavinət sisteminə yenidən baxılsın, bu məsələ təkmilləşdirilsin. 3 yaşınadək uşağı olan ailələrə verilən müavinətlərin həcmi artırılsın və bu, 3 il müddətinə dəyişdirilməsin”.
"APA-Economics" xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Əmək və sosial siyasət, Elm və təhsil, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri komitələrinin birgə iclasında 2018-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı deyib.
Komitə sədri məişət zorakılığına da toxunaraq, bu məsələdə vəziyyətin ürəkaçan olmadığını deyib.
Onun fikrincə, bu yöndə mübarizəni daha effektli və səmərəli təşkil etmək üçün Mili Fəaliyyət Proqramı hazırlanmalıdır.
MM-in Əmək və əhalinin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli də bu məsələ üzərində düşünüldüyünü bildirib: “Artıq bir neçə ildir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində də bu məsələ üzərində düşünülür, ölcülüb-biçilir. Yəni, bu məsələ həm bizim, həm də nazir Səlim Müslümovun gündəmindədir”.
Səlim Müslümov isə deyib ki, hazırda ünvanlı sosial yardım sisteminin yenidən formalaşması istiqamətində iş gedir: "Bu çərçivədə 3 yaşınadək uşağı olan ailələrə verilən müavinətlərin artırılması məsələsinə baxıla bilər".

Şərhlər
Sosial Müdafiə Naziri Cənab S.Müslümov isə qeyd edib ki, onun Elekron sürətli nazirliyi-fondu öz iş dəmindədir və 6 aya açıqlayacaq.
2-3 ildir Səlimin gündəmində olan məsələ dövlətin pulu cox olanda həll edilmədi indi həll ediləcək? Ola bilsin seckilərə yaxin bir .... oldu.Amma gundəmdə olan məsələ illərlə uzanmir hörmətli HADİ BİDİ.Səlim ora gətirilib ki ELMİ (Səlim alimdi axi) SURƏTDƏ vətəndaşa dövlətdən mümkün oldugu qədər ....verilsin və bunu Elmi cəhətdən əsaslandirib millətin gözünə soxsun.Səlim də bunun mükün olanin və olmayanin edir.Bu da Həm Səlimin PATRONUNUN həm də 2-ci patronunun (yəni ziya məmmədovun)İSTƏYİDİR.
Azərbaycanda son iki ildə ərzaq və çox işlənən malların qiymətinin
60-150% artdığı və durmadan artmaqda olduğu,2017-ci ildə pensiyaların cəmi 65 qəpik,2018-ci ildə 3.5 % artımın nə demək olduğunu Hadı Rəcəbli və Səlim Müslümov düşünə bilirlərmi? BU əhalini ələ salmaq deyilmi? Belə münasibət niyə müzakirə olunub, ölçü götürülmür?
Nə Hadı Rəcəbovu nə də Müslümovu Aərbaycanlı xalqın bu günkü rəzil həyat şəraiti maraqlandırmır.Buna sübut isə yaşayış minimumu və pensiyaların məbləğləridir.Allah onları həmin məbləğə yaşamağı qismət etsin.Amin !