Menu

Tramp Dananqda təntənəli qəbulu Putinlə söhbət etmədən tərk edib

10.11.2017, 21:16
Tramp Dananqda təntənəli qəbulu Putinlə söhbət etmədən tərk edib

ABŞ prezidenti Donald Tramp Asiya Sakit Okean Ölkələri Əməkdaşlıq təşkilatı (APEC) liderlərinin şərəfinə keçirilən təntənəli qəbulu vaxtından əvvəl, rusiyalı həmkarı Vladimir Putinlə söhbət etmədən tərk edib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, şam yeməyi zamanı Rusiya və ABŞ liderləri ünsiyyətdə olmayıb.

Bundan əvvəl fotoşəkil çəkilişi zamanı prezidentlər bir-birinin əlini sıxıblar. ABŞ və Rusiya prezidentləri arasında gözlənilən görüş baş tutmayıb. Bundan əvvəl liderlər arasında görüş iyulda Hamburqda “G-20” sammiti çərçivəsində baş tutmuşdu.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol