Onlar Bakıda səsləndirdikləri təklifi geri götürdülər
Ermənilər Bakıda geri addım atdılar. ANS PRESS-in məlumatına görə, Bakıda ATƏT Parlament Assambleyasının Demokratiya və İnsan Hüquqları Komitəsinin iclası davam edib.
Erməni nümayəndə heyətinin üzvü, "Respublikaçılar Partiyası" fraksiyasından olan deputat Arteşes Qeqamyan insan hüquqlarının qorunması ilə bağlı qanun layihəsinə 22-ci düzəlişlə bağlı etdikləri təkilifi geri götürdüklərini açıqlayıb:
“Bizim gündəliyimizdə qaçqınlarlarla bağlı məsələ öz əksini tapıb. İndi biz həmin məsləni geri götürürük”.
Nəticədə qaçqınlarla bağlı 22-ci düzəliş təklifi səs verməyə çıxarılmayıb.


Şərhlər