Menu

Bakıda daha bir “Gelandewagen” qəza törətdi - Sürücü məmur oğludur

13.11.2017, 17:51
Bakıda daha bir “Gelandewagen” qəza törətdi - Sürücü məmur oğludur

Aeroport yolunda dəhşətli qəza baş verib.

"Ölkə.Az"ın məlumatına görə, «Mercedes Gelandewagen» markalı avtomobil yol kənarında dayanmış digər «Mercedes» markalı avtomobilə çırpılıb.

Hadisə nəticəsində vurulan «Mercedes»in sürücüsü, Naxçıvan şəhər sakini olan Natiq adlı şəxs yerindəcə keçinib.

Əldə etdiyimiz məlumata görə «Gelandewagen»in sürücüsü yüksək vəzifəli məmurlardan birinin oğludur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol