Menu

Azərbaycanda 3 institut yaradılacaq

30.06.2014, 22:35
Azərbaycanda 3 institut yaradılacaq

Bu gün AMEA Rəyasət Heyətinin böyük konfrans zalında akademiyanın ümumi yığıncağı keçirilib. Tədbiri AMEA prezidenti, akademik Akif Əlizadə açıb.

Yığıncaqda AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, akademik İ.Həbibbəyli isə Elm Tarixi İnstitutu və Dünya Siyasəti İnstitutunun yaradılması zərurətindən danışıblar.

Yığıncaqda mühüm əhəmiyyət kəsb edən məsələlərdən biri də AMEA-nın həqiqi və müxbir üzvlüyünə seçkilərin keçirilməsidir ki, hazırda akademiyanın bölmələri üzrə təşkil olunmuş məntəqələrdə səsvermə aparılır. Seçkilərin nəticələri yaxın saatlarda məlum olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol