Menu

İŞİD-in çeçen komandiri öldürüldü

30.06.2014, 22:36
İŞİD-in çeçen komandiri öldürüldü

PKK-nın Suriyada qolu olan YPG çeçen liderinin 15 silahlı ilə birlikdə məhv edildiyini iddia edib

İraq və Şam İslam Dövləti qruplaşmasının çeçen lideri Ebu Ömer El Çeçeni öldürülüb.

ANS PRESS-in məlumatına görə, PKK-nın Suriyada qolu olan YPG çeçen liderinin 15 silahlı ilə birlikdə məhv edildiyini iddia edib.

İŞİD çeçen komandirinin öldüyü barədə hər hansı bir açıqlama verməyib. Bununla belə PKK-nın Suriya qolu Ebu Ömərin cəsədinin əlində olduğunu açıqlayıb.

Qeyd edək ki, Ebu Ömerin bundan əvvəl 3 dəfə öldürüldüyü barədə məlumatlar yayılsa da sonradan bu məlumatlar təsdiqini tapmamışdı.

İŞİD-in bu gün yaydığı videoda Ebu Ömerin görüntüləri də yer alıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol