Menu

Həbsdə olan tabor komandiri Penitensiar Xidmətə müraciət edib

20.11.2017, 11:05
Həbsdə olan tabor komandiri Penitensiar Xidmətə müraciət edib

Vəkil Penitensiar Xidmətin Konvoy taborunun keçmiş komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayevlə görüşüb.

Bu barədə "Report"a vəkil məlumat verib.

B.Abdullayevin müdafiəçisi söyləyib ki, müvəkkili Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə yazılı müraciət edib: "Bəhruz Abdullayev səhhətində yaranmış problemlərə görə, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsinə köçürülməsini istəyir. Bununla bağlı o, saxlanıldığı təcridxandan Penitensiar Xidmətinə müraciət edərək, rəhbərlikdən köməklik etmələrini xahiş edib".

Xatırladaq ki, B.Abdullayevin barəsində Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 308.2-ci (əzifə səlahiyyətlərindən sui-istifadə etmək) maddəsi də irəli sürülüb. Nəsimi Rayon Məhkəməsi onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Qeyd edək ki, bu il oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə etap olunan xüsusilə ağır cinayətlərlə təqsirləndirilməklə həbs edilmiş "Qoca" ləqəbli Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağami Biləcəri qəsəbəsi ərazisində müşayiət altından qaçıblar.

Xidməti yoxlamanın ilkin nəticələrinə əsasən, vəzifə borclarını lazımınca yerinə yetirmədiklərinə görə ədliyyə nazirinin əmri ilə Penitensiar xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev və taborun Qərargah rəisi vəzifəsini icra edən, ədliyyə mayoru Hikmət Sadıqov ədliyyə orqanlarından xaric edilib, taborun 2-ci konvoy bölüyünün komandiri, ədliyyə kapitanı Ruslan Zeynalov, 3-cü bölüyün komandiri, ədliyyə kapitanı Rza Xankişiyev və Qərargah rəisinin konvoy xidməti üzrə baş köməkçisi, ədliyyə kapitanı Rakif Məmmədov tutduqları vəzifədən azad olunublar.

Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb, dərhal təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.

Mühafizə altından qaçan Ə.Ağami həbs olunub, E.Məmmədov isə əməliyyat zamanı zərərsizləşdirilərək öldürülüb.

Şərhlər

REDAKTOR 2017-11-20 11:05:13

AZƏRBAYCANDA DEMƏK OLAR ƏKSƏR VƏZİFƏLİ SƏXSLƏR ZAMİNDƏDİR. İSDƏR 179 VƏ İSDƏR 308.2 VƏ YAXUDDA Kİ VƏZİFƏ CİNAYƏTLƏRİNİ TOVSUS EDƏN DİGƏR MADDƏLƏRİN HANSİNİ İSDƏSƏLƏR VƏZİFƏLİ SƏXSLƏRİN BELİNƏ YAPİSDİRİB BASMAQ OLAR ZİNDANA. MƏNİMSƏMƏNİN ƏN BOYUK HİSSƏSİNİ İSƏ OLKƏNİN NƏQLİYYAT VƏ NEFT SEKTORUNDA TAPMAQ MUMKUN OLDUĞU HALDA KORUPSİYAYA QARSİ MUBARİZƏ İDARƏSİ BMT KİMİ HƏLƏ DƏ SUSUR. ADİ CƏKİLƏN TƏSKİLATLARİN TƏYİNATİ UZRƏ XƏRCLƏNMƏYƏN VƏSAİTLƏRİ BİR YANA TƏK STAT CƏDVƏLİNİ YOXLAMAQ KİFAYƏTDİR.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol