Menu

İhsanoğlunun şok sirri üzə çıxdı - Məhəmməd adını niyə dəyişdi ?

01.07.2014, 13:25
İhsanoğlunun şok sirri üzə çıxdı - Məhəmməd adını niyə dəyişdi ?

CHP və MHP-nin prezidentliyə ortaq namizədi Ekmələddin İhsanoğlunun 1971- ci ildə adını, 1978-ci ildə isə soyadını dəyişdirdiyi bəlli olub.

Avropa.info xəbər verir ki, belə sensasion iddia ilə Türkiyə mətbuatı çıxış edib.

Məlumatlara görə, CHP və MHP-nin ortaq namizədi, 1971- ci ildə Ekmələddin Məhəmməd İhsan olan adını dəyişdirərək, Ekmələddin Mehmet İhsan edib. 1978 -ci ildə isə soyadını da dəyişdirərək Ekmələddin Mehmet İhsanoğlu olub.

İhsanoğlunu bu dəyişikliklərə isə onun akademik karyerası məcbur edib. Yayılan iddialara görə, 1970-ci ildə Misirdən Türkiyəyə dönən İhsanoğlu Ankara Unversiteti tərəfindən doktorluq işinin qəbul olunması üçün, 1971-ci ildə Ekmələddin Məhəmməd adını Ekmələddin Mehmet olaraq dəyişdirib. Bunun üçün İhsanoğlu Ankara 8, Əsliyə Məhkəməsinə müraciət edib.

Qeyd edək ki, 70-ci illərdə Türkiyədə kamalizmin təsiri olaraq, İslam dininə qarşı təpkilər hökm sürürüdü. İhsanoğlunun da məhz bu səbəbdən Məhəmməd adından imtina etdiyi bildirilir.

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol