Rusiya Krıma 300 min nəfərə yaxın sakinini yerləşdirib. Daha 250 min nəfər Luqansk və Donetskdən gətirilib.
Virtualaz.org “Ukrinform”a istinadla xəbər verir ki, bunu Krım-tatar xalqının lideri Mustafa Cemilev deyib.
“Rusiya işğal olunmuş ərazilərdə demoqrafik vəziyyətin məcburi dəyişdirilməsinin yolverilməzliyi barədə Cenevrə konvensiyasının tələblərini kobud şəkildə pozur. Onlar elə şərait yaradırlar ki, yarımadanın köklü sakinləri buraları tərk edir və əraziyə özlərinə loyal insanları köçürürlər”, - Cemilev bildirib.


Şərhlər
rusiya bu siyasəti Dağlıq Qarabağda da davam etdirir.İşğal etdiyi ərazilərdə evlər tikir,rus və erməniləri orda yerləşdirir.Xususilə bu məsələdə müsəlmanlara qarşı çox qəddar davranır.Müsəlman körpələrinin qətlində də rusiya ilk yerdədir.
Hörmətli "Azpolitika.info"!Putinin Azərbaycana qarşı illərdir törətdiyi cinayətlərin sayta çıxmasını əngəlləyin.Bu yolla ki biz gedirik, rusiya heç vaxt Dağlıq Qarabağı bizə qaytarmayacaq.Çünki heç vaxt biz əsil işğalçının-- rus ordusunun adını çəkmirik.Xalqı aldatmaq üçün günahları ermənilərin üstünə tökməklə kifayətlənirik.Halbu ki bütün dünya bilir ki,Dağ.Qarabağı rusiya işğal edib,ordakı hərbi birləşmələrin başında da rusiya dayanır.Gəlin,özümüzü axmaq yerinə qoymayaq!Düşməni faş edək!