“Azərbaycanda erməni olmaq ayıb deyil”. Bunu AzPolitika.info-ya açıqlamasında Bakı Şəhər Xətai rayonunun keçmiş prokuroru, hazırda Avstriyada siyasi miqrant həyatı sürən Mahir Cavadov Siyavuş Novruzovun “Ölkədən gedib Avropada yaşayan bir sıra şəxslər mənşəcə ermənidir” sözlərinə münasibət bildirərkən deyib.
Mahir Cavadov əlavə edib ki, ermənilərin hamısı Azərbaycana düşmən deyillər: “Ancaq Azərbaycana S.Novruzov kimi xidmət etmək ayıbdır. Onun kimilərinə ədəbi dildə konformist, camaat arasında isə "qarin otaran” deyirlər”.
Ülkər Musazadə

Şərhlər