AMEA Fəlsəfə İnstitutunun şöbə müdiri, fəlsəfə üzrə elmlər doktoru Xatirə Quliyeva öz "Facebook" səhifəsində həmin institutun əməkdaşı Zöhrə Əliyevanı başqalarına şər atmaqda və saxtakarlıqda ittiham edib. Həmin statusu qısa ixtisarla və zəruru redaktə ilə təqdim edirik:
"İndicə həqiqətən məsum, yetim bir qız uşağı mənə bildirdi ki, Zöhrə Əliyeva ona və başqalarına deyib ki, otağımdan 2 suvenirim itib. Biri Allah yazısı olan köhnə bir meşin, biri də üzərində adı yazılmış hansısa bir yerdən aldığı sadəcə DİPLOM!
3 il birlikdə işlədiyi iki qadına atılan BÖHTANA baxın! Niyə? Çünki onları çıxarıb, başqa şöbənin əməkdaşı olan kişi xeylağı ortağı ilə tək oturaraq, institut kollektivindən xəbərsiz xaticlə bağlı konfransları və s. pünhan həll etmək istəyir!
Özünü alim kimi qələmə verən, 5 il ərzində plagiatla bağlı Dokorluq Diplomunun verilməsindən rəsmi surətdə imtina edilmiş, xaricdə özünü Fəlsəfə İnstitutunun professoru kimi təqdim edən... Zöhrə Əliyevanın, bu niyyəti üçün 2 təmiz, saf, sadə laboranta atdığı BÖHTANA BAXIN!
Direktoru gözləyirlər şikayət eləsinlər!.. Zatən onlardan biri - bacım mənim şöbəmə keçmişdi. İkincini də aldım yanıma... Zöhrə Əliyeva gen-bol, tək otursun dostu ilə! Mənim şöbə müdiri olaraq tək oturmaq hüququm olsa da, bu 2 laborantı aldım yanıma!"

Bu itihamlarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandıra bilərik.


Şərhlər
Rəzalət!!! ...