Ziyəddin İsmayıl oğlu Əliyev Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.APA-nın məlumatına görə, prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb.
Ölkə başçısının digər sərəncamı ilə Yaşar Qəhrəman oğlu Məmmədov Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Bunadək Ziyəddin Əliyev "Azəravtoyol" ASC-də çalışıb.
Prezidentin cari ilin fevralın 20-də imzaladığı sərəncama əsasən ona "Əməkdar mühəndis" fəxri adı verilib.


Şərhlər
Bu her gun,her rayonda,gomrukde,vergiler nazirliyinde,guc strukturlarinda bash vermelidir ve bu korrupsiyaya garshi mubarizede esl mubarize olardi.Heyif ki,bele deyil,yalniz ambisiyalara,klanlara xidmetdir.20 ilden cox bashci,nazir olan zalim var...
Ziya Məmmədovun bir nəfər də kəllə vuranlarından azaldı. Çox bərk gedirdilər. Qaldı ucar rayonu İcra hakimiyyətinin başçısı. İnşallah o da bu yaxinlarda atılar bayıra. Ucarı pis günə qoyub. O da Ucar cammatının qanın içir.
Şəkinin də İcra Başçısı Allah qoysa atılar bayıra.